top of page

"Futbolçular qalib gəlmək üçün hər şey etdilər" - Qurban Qurbanov


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la (İsrail) oyundan (1:0) sonra qələbə barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, növbəti mərhələyə yüksəldikləri üçün futbolçuları təbrik edib:

"Çox gərgin oyun keçdi. Hava şəraiti də ağır idi. Ancaq şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Baxmayaraq ki, komandada xeyli problemlər var. Hətta matçın gedişində də problemlə üzləşdik və məcburi dəyişiklik reallaşdırdıq. Futbolçular qalib gəlmək üçün hər şey etdilər, hətta deyərdim ki, daha artığını. Komandada həyəcan var idi. Zədələrlə bağlı problem istər-istəməz komandaya da təsir edir. Bu görüşdə futbolçuların xarakteri mənim üçün çox vacib idi. Bəzi gənclərimiz belə oyunları nə qədər tez hiss etsə, onların böyüməsi, inkişafı daha da sürətlənəcək. Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Hər iki qarşılaşmaya baxsaq, qələbəyə layiq idik".

0 comments
bottom of page