top of page

"Futbolçularımızla maraqlanan Türkiyə klubları var"- "Neftçi"nin prezidenti


"Qalatasaray"ın ayağı bizə düşərli oldu. Onlarla qarşılaşdığımız mövsüm çempion olduq. Son dəfə 2013-cü ildə bu hissi yaşamışdıq. 8 illik həsrətə son qoyduq".

90plus.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "beIN Sports" telekanalına açıqlamasında deyib.

O, Azərbaycan Premyer Liqasında qızıl medala sahib çıxdıqları üçün çox xoşbəxt olduqları bildirib: "Mayın 19-da son matçımız var idi. Həmin gün Türkiyədə də əlamətdar gündür. Türkiyə xalqının Cumhuriyyet bayramıdır. Son qarşılaşmanın sonuncu dəqiqəsində türk əsilli bolqar oyunçu Ahmed Ahmedovun qol vurdu. Bizim azarkeşlər də çempionluq üçün çox xoşbəxtdir. Təəssüflər olsun ki, eyni sevinci Türkiyə millisinin oyunlarından sonra yaşaya bilmədik".

Quliyev Türkiyə yığmasının məşq üçün "Bakcell Arena"nı seçməsinə də toxunub: "Türkiyə öz evindədir. Evində istədiyi meydanı və təlim-məşq bazasından istifadə edə bilər. Onların bu arenadan istifadə etməsi bizim üçün qürurdur. Ötən ilin noyabrında millinin baş məşqçisi Şenol Güneş stadiona gəlmişdi və biz görüşdük. Həmin vaxt "Bakcell Arena"nı bəyəndi".

Klub prezidenti türkiyəli oyunçuların "Neftçi"yə mümkün keçidi barədə sualı da cavablandırıb: "Türkiyə Super Liqasını və 1-ci liqanı yaxından izləyirik. Bizə tövsiyə edilən futbolçular da var. İnanmaq istəyirəm ki, nəinki Türkiyədən buraya, Azərbaycandan da Türkiyəyə futbolçular gedəcək. Hazırda bizim futbolçularla maraqlanan Türkiyə klubları var. Türkiyə və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyunundan sonra bir neçə oyunçu ilə bağlı bizə suallar ünvanlandı. Agentlər və klublar maraqlanır, bu, yaxşı haldır. Futbolçularımız Türkiyə Super Liqasında çıxış etsə, biz də çox xoşbəxt olarıq".

Quliyev azərbaycanlı futbolçuların və onlarla maraqlanan klubların adlarını çəkmək istəməyib: "Neftçi"nin oyunçusu və ya hansısa azərbaycanlı hansısa futbolçu Superliqaya getsə, xoşbəxt olarıq".

0 comments
bottom of page