top of page

Futzal millimiz DÇ-2024-də ilk matçını səfərdə keçirəcək

DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək futzal üzrə Azərbaycan millisi ilk matçını səfərdə keçirəcək.


90plus.az xəbər verir ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.


Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komanda daha sonra Bakıda görüşə çıxacaq.


Yığma oktyabrda əvvəlcə doğma məkanda, sonra səfərdə gücünü göstərəcək. Dekabrda da yenə ilk matçı Bakıda oynayacaq milli mərhələnin son sınağını rəqib meydanında verəcək.


Qeyd edək ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib.


2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.

0 comments
bottom of page