top of page

Futzal millimizin çalıçdırıcısı İspaniya ilə oyundan danışıb!





"Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar və bu gün də bunu sübut etdik".


90plus.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.


Braziliyalı mütəxəssis bildirib ki, yığma bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla istənilən rəqibə qarşı oynaya bilər: "İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik".

Alesio qrupdan çıxmaq şanslarına da toxunub: "Az da olsa, şansımız qalıb. Bosniya və Hersoqivani ilə görüşə yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - Bosniya və Herseqovina matçı yanvarın 29-da keçiriləcək

0 comments
bottom of page