top of page

Fədakar məşqçi qapıçı əvəzi meydana da girdi, qola töhfə də verdi!


İspaniya La Liqası 3-də 7-ci pillədə qərarlaşan "Arenteiro" doğma meydanda lider "Deportivo"nu qəbul edib və oyunda qəribə hadisə baş verib.


90plus.az xəbər verir ki,  “Arenteiro”nun əsas qapıçısı Dieqo Qarsiya mövsümü erkən başa vurunca ikinci qapıçı Pablo Brea "Deportivo"dan icarəyə götürülüb. Komanda Brea ilə oyuna çıxmaq üçün "Deportivo"ya pul ödəməlidilər. Lakin klubun o qədər pulu yoxdur.


Üçüncü qapıçı Manu Figueroa da zədəlidir.


İş belə olunca, ötən mövsüm futboldan ayrılan klubun qapıçılar üzrə məşqçisi Dieqo Rivas lisenziya alıb və meydana çıxıb.


O, 90+4- cü dəqiqəfə komandasının bərabərlik qolunun vurulmasında iştirak edib, matçın qəhrəmanı olub.


Qarşılaşma 2-2 hesabı ilə başa çatıb.


Mənbə: Marca

0 comments
bottom of page