top of page

"Fənərbağça" azarkeşlərinə qadağa qoyuldu


Türkiyə Superliqasının 24-cü turunda keçiriləcək "Kayserispor" - "Fənərbaxça" oyununa qonaq komandanın azarkeşləri buraxılmayacaq.

90plus.az xəbər verir ki, bununla bağlı  Kayseri Təhlükəsizlik Şurası qərar verib. İstanbul təmsilçisinin azarkeşləri fevralın 25-də oynanılan ölkə çempionatının 23-cü turunun təxirə salınmış "Konyaspor"la matçında "Hökumət istefa" şüarı səsləndirib.  Kayseri Təhlükəsizlik Şurası "Kayserispor"un stadionunda siyasi şüarların səsləndilməsininin qarşısını almaq üçün bu addımı atıb.

Qeyd edək ki, "Kayserispor" - "Fənərbaxça" qarşılaşması martın 4-ü keçiriləcək.

0 comments
bottom of page