top of page

"Fənərbağça"dan inamlı qələbə

Türkiyə Superliqasında 19-cu tura yekun vurulub.


"90plus.az" xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib. “Kasımpaşa” evində “Ərzurumspor”a uduzub - 1:2. “Fənərbağça” isə autsayder “Ankaragücü” üzərində 3:1 hesabı ilə qələbə çalıb. Hazırda turnir cədvəlinə 38 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbağça" eyni xalla 2-ci, "Qaziantep" 34 xalla 3-cüdür.


18 yanvar "Kasımpaşa" – "Ərzurumspor" - 1:2 Qollar: Telin, 73 – Alkılıç, 31, Qomes, 68 "Fənərbağça" – "Ankaragücü" - 3:1 Qollar: Tiam, 28, Samatta, 34, Valensia, 67 – Güral, 90+3

0 comments
bottom of page