top of page

“Fənərbağça”dan “Qarabağ”ın futbolçusu üçün gəliblər


"Fənərbağça"nın skautları "Qarabağ"ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər.


90plus.az xəbər verir ki, yerli "Fotospor" nəşri bu məlumatı yayıb.


Onlar "Qarabağ"ın Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər.

İstanbul təmsilçisinin 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.

Juninyo 2023-cü ilin yayında "Qarabağ"a keçib.


Qeyd: Səfərdə "Braqa"ya qalib (4:2) gələn "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.

0 comments
bottom of page