top of page

Fərid Qayıbov Dünya Etnosport Konfederasiyasının nümayəndələrini qəbul etdi

Dekabrın 27-də gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası (DEK) nümayəndələrini qəbul edib.

90plus.az xəbər verir ki, nümayəndə heyəti üzvlərini – təşkilatın baş katibi Halim Aksu, korporativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir, qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.


Görüşdə, 2022-ci ildə Bakıda təşkil ediləcək 5-ci beynəlxalq etnosport forumuna hazırlıq məsələləri müzakirə edilib.


Pandemiya səbəbindən təxirə salınmış forum gələn il keçiriləcək.

0 comments

Recent Posts

See All
bottom of page