top of page

Fərid Qayıbov millinin təlm-məşq bazasının açılışında

Dekabrın 6-da Azərbaycan Pouerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılış olub.

90plus.az xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.


Azərbaycan Respublikasın Dövlət Himninin səsləndirilməsi ilə başlanan açılışda öncə federasiyanın fəaliyyəti barədə təqdimat olub. Tədbirdə çıxış edən nazir şəhid idmançı Muxtar Qasımlının atası Əli Qasımlıya xatirə plaketi təqdim edib. Açılışın qonağı olan qazilərə isə xatirə hədiyyələri təqdim edilib.


Yeni bazada yaradılmış şəraitlə tanış olan Fərid Qayıbov yığma komanda üzvləri ilə görüşüb və yeni mərkəzdə məşq proseslərini izləyib.

Federasiya prezidenti Ələddin Əliyev nazirə qarşıdakı yarış və tədbirlər barədə məlumat verib.


Tədbirdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Fərid Mansurov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, federasiya rəsmiləri və yığma komandanın üzvləri iştirak ediblər.

0 comments

Recent Posts

See All
bottom of page