top of page

Güləşçilərimizdən 2 qızıl medal

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.


90plus.az məlumatına görə, 35 yaşlı idmançı 82 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Finalda iranlı rəqibini Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib. O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu nailiyyətə imza atıb.


Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq-da dünya çempionu olub. Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaq.



0 comments

Comments


bottom of page