top of page

Güləşçimizdən daha bir Avropa medalı


Azərbaycanın qadın güləşçisi Elis Manolova 65 kq çəkidə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


90plus.az xəbər verir ki, 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə Avropa çempionu həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlubiyyətə uğradıb. Ondan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.

Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.

Yunan-Roma güləşçilərindən isə Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

0 comments

Comments


bottom of page