top of page

Griezmann Platiniyə çatır


90plus.az xəbər verir ki, Fransa millisinin hücumçusu Antoine Griezmann DÇ-2022-nin seçmə mərhələsində Bosniya və Herseqovinaya qarşı oyunda (1-0) fərqlənib.


30 yaşlı hücumçu üçün bu milli komandada 35-ci qolu oldu. Bununla da Griezmann Fransa millisinin bombardirlər siyahısında David Trezegueti (71 oyunda 34 qol) keçərək dördüncü yeri tutdu.


Yalnız Michel Platini (72 oyunda 41 qol), Olivier Giroud (106 oyunda 44 qol) və Thierry Henry (123 oyunda 51 qol) Griezmanndan çox qol vurub.

0 comments
bottom of page