top of page

Güləşçimiz Avropa Çempionatında finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.


90plus.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.


Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gəlib.


Rəqibini 5:1 hesabı ilə məğlub edən Həsənli həlledici qarşılaşmada moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.


Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar.


Sərxan Məmmədovun ilk görüşdə məğlub olduğu ukraynalı Mixaylo Vişnivetski finala yüksəldiyi üçün sabah təsəlliverici qarşılaşmada iştirak edəcək. Onun rəqibi rumıniyalı Gean Ali olacaq.


Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.

0 comments

Recent Posts

See All

“Azərreyl”in qızları çempiondur!

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının 1-cisi ”Azərreyl” oldu! 90plus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" "Abşeron" üzərində 3:1-lik qələbə qaz

bottom of page