top of page

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev (74 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında final görüşünə çıxıb.


90plus.az xəbər verir ki, iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşan idmançı məğlub olaraq gümüş medalla kifayətlənib.


Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) qızıl, sərbəst güləşçilərdən isə Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) bürünc medal qazanıb. Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.



0 comments

Recent Posts

See All

“Azərreyl”in qızları çempiondur!

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının 1-cisi ”Azərreyl” oldu! 90plus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" "Abşeron" üzərində 3:1-lik qələbə qaz

bottom of page