top of page

Gürcü futbol ulduzu baş məşqçiyə hirsləndi!


“Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə ilk oyununda (1:1) əvəzlənməyinə görə əsəbləşib.


90plus.az "Football Italia" saytına istinadən xəbər verir ki, gürcüstanlı futbolçu 68-ci dəqiqədə meydanı tərk edib və erkən əvəzlənməyinə təəccüblənib.


Buna görə o, Françesko Kalzonenin əlini sıxmayıb. Stadionu ilk tərk edənin də Xviça olduğu qeyd edilir.

Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 33 oyuna çıxıb, 6 qol vurub və 4 qolun ötürməsini verib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.

0 comments
bottom of page