top of page

Gürcüstan yığmasının oyunçuları “Şərəf” ordeni alacaqlar


Gürcüstan futbol millisinin üzvləri Avro-2024-ün finalına vəsiqə qazandıqları üçün "Şərəf" ordeni ilə təltif olunacaqlar.


90plus.az xəbər verir ki, ölkənin baş naziri İrakli Kobaxidze bunu söyləyib:


“Şəxsən mən bir azarkeş kimi 30 ildir ki, bu günü gözləyirəm. Və futbolçular bizə ən böyük xoşbəxtliyi verdilər. Bu uşaqlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır. Onlar ən şərəfli insanlardır və buna görə də kiçik bir qərar verdik - futbolçularımıza “Şərəf” ordeni veriləcək".


Qeyd: Gürcüstan millisi tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə yüksəlib. Gürcüstanın Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda oynayacağı Avro-2024 bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada baş tutacaq.

0 comments
bottom of page