top of page

Gürcüstanın baş məşqçisi Avro-2024 iştirakçılarından ən kasıbıdır


Gürcüstan futbol millisinin baş məşqçisi Villi Sanyol AVRO-2024-ün iştirakçıları arasında ən az maaş alan çalışdırıcıdır.


90plus.az xəbər verir ki, fransalı mütəxəssis ildə 200 000 avro (aylıq 20 000 avro maaş) qazanır. O, bu göstəriciyə görə 24 məşqçi arasında sonuncudur.


Avropa çempionatında iştirak edəcək komandaların məşqçiləri arasında ən çox qazanan isə illik 5,8 milyon avro ilə ingiltərəli Qaret Sautqeytdir.


Mənbə: Finance Football Research

0 comments
bottom of page