top of page

Gənclər və İdman Nazirliyinin rəsmi maskotu təqdim edildi

Gənclər və İdman Nazirliyi (AGİN) ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib.


AGİN-dən 90plus.az - a verilən məlumata görə, qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir.


Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.


Bildirilib ki, layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur. Əslən ABŞ-dan olan mütəxəssisin yaradıcı sahədə iyirmi ilə yaxın zəngin təcrübəsi var və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək onların da bu sahədə inkişafına dəstək olacaq.


Qeyd edək ki, maskot aprel ayında keçirilmiş "Formula 1" Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlayıb. Bundan başqa, idmansevərlər “AZZİ”ni Bakıda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər. Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.



0 comments

Recent Posts

See All

“Azərreyl”in qızları çempiondur!

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının 1-cisi ”Azərreyl” oldu! 90plus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" "Abşeron" üzərində 3:1-lik qələbə qaz

bottom of page