top of page

Həmyerlimiz “Dinamo Tiflis”də çempion olub!


Həmyerlimiz Yusuf Mehtiyev Tiflis “Dinamo”sunun heyətində Gənclər Liqasının (U-19) çempionu olub.


90plus.az onun bu çempionluq və özü ilə bağlı fikirlərini təqdim edir:


"Əslən Qardabani rayonundanam. İli 16 qolla başa vurdum. 20 oyun oynadıq, 18-də qalib gəldik və iki heç-heçəmiz oldu. Sonda çempionluq hamımızı sevindirir. Məğlubiyyətsiz çempionluq daha da xoşdur.


Yeni ildən “Dinamo”nun əvəzedici heyətində olub-olmayacağıma gəlincə, hər şey mümkündür, amma hələ heç nə bəlli deyil. Səbirsizliklə “Dinamo”nun əsas heyətində oynamağı gözləyirəm.

Gürcüstanın U-19 yığmasına dəvət edilmək şansım var. Çünki çempion olduq, həm də 16 qol vurmuşam. Amma düzü, mən Azərbaycanın U-19 yığmasında oynamaq istəyirəm.

Azərbaycan millisinə dəvət almışdım. Sadəcə, sənəd məsələlərinə görə alınmadı. Ümid edirəm ki, həmin məsələlər yoluna qoyulacaq. Hər zaman şərəflə Azərbaycan millisinin formasını qorumaq arzusunda olmuşam. İnanıram ki, arzum reallaşacaq və millidə oynayaraq öz köməyimi göstərəcəm. Əminəm ki, Azərbaycanın U-19 yığmasına kömək edərəm".

0 comments

Comments


bottom of page