top of page

Haalandın gözü bir Mersedesə düşüb


“Mançester Siti”nin norveçli hücumçusu dünyada cəmi 275 ədəd olan avtomobili almaq üçün hərəkətə keçib.


90plus.az "Goal"a istinadən xəbər verir ki, zədəsi səbəbindən bu mövsüm uzun müddət meydanlardan uzaq qalan, lakin İngiltərə Kubokunda "Mançester Siti"nin "Luton Taun" ilə matçında 5 qol vuraraq yenidən formada olduğunu sübut edən Erlinq Haalandın özünə yeni maşın almağa hazırlaşdığı deyilir.


Norveç mediasında çıxan xəbərdə ulduz futbolçunun istədiyi avtomobillə bağlı detallar yer alıb.

Haaland 2,5 milyon avro dəyərində olan AMG One modelinə sahib olmaq istəyir. "Mercedes"lə danışıqlara başlayan Haalandın saatda 352 km sürətə çata bilən bu lüks avtomobilə qısa zamanda sahib olacağı dəqiqdir.

0 comments
bottom of page