top of page

Hakim Ziyeş “Çelsi” ilə yollarını ayırır

"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş klubunu dəyişəcək. 


90plus.az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb. 


Onun sözlərinə görə, 29 yaşlı mərakeşli futbolçu PSJ-yə keçməyə razılıq verib. 


Hazırda iki klub arasında danışıqlar gedir. 

Qeyd edək ki, Ziyeş 2020-ci ildən "Çelsi"də çıxış edir. 51 oyunda meydana çıxan futbolçunun aktivində 6 qol var. 

0 comments
bottom of page