top of page

“Hakken”in baş məşqçisi: “Yankoviçə qırmızı vərəqə verilməli idi”

“Azərbaycanlılar yaxşı müdafiə olunmağı bacarırlar”.


90plus.az xəbər verir ki, bunu İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Hyoqmo “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunundan sonra deyib.


63 yaşlı mütəxəssis Azərbaycan çempionunun heyətində iki futbolçunu xüsusi fərqləndirib: “Birinci hissədə oyunumuz yaxşı alınırdı. Amma getdikcə “Qarabağ”ın futbolçularının təcrübəsi özünü göstərməyə başladı. Xüsusən də müdafiəçiləri Kevin Medina və Mateus Silva qol vurmağımıza imkan vermədilər. Eduard Çilufya iki epizodda fərqlənməyə yaxın olsa da, hücum qolla nəticələnmədi. Bu cür matçlarda ələ düşən imkanlardan yararlanmalısan”.


Norveçli mütəxəssisin fikrincə, qarşılaşmanın avstriyalı hakimlər briqadası iki epizodda kobud səhvə yol verib: “Matçın əvvəlində penaltinin verilməməsi mənə təəccüblü gəldi. Marko Yankoviçin dirsəklə oyunçumuzu vurduğu epizodda da qırmızı vərəqə verilməli idi. Üstəlik, meydanda çox dayanmalar oldu, 7 dəyişiklikdən istifadə edildi. Amma baş hakim əsas vaxta cəmi 3 dəqiqə əlavə etdi”.


Qeyd edək ki, iki turdan sonra “Qarabağ” 6 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in hesabında isə xal yoxdur.



0 comments

Comments


bottom of page