top of page

"Hamı məyusdur" - Sulşer

“Paltardəyişmə otağında sakitlikdir. Hamı məyusdur. Bu futboldur - bəzən hər vuruş hər şeyi həll edir. Bundan ibrət götürməliyik. Bu hissin dadına baxmalı və bir daha bunu yaşamayacağınızdan əmin olmalısınız. Bacardığımız qədər yaxşı oynamadıq. Düşünürəm ki, yaxşı başladıq, amma rəqib hədəfdəki tək zərbəsi ilə qol vurdu".

90plus.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer Avropa Liqasının finalında "Vilyarreal"a penaltilər seriyasında uduzduqları oyunu (əsas vaxt - 1:1, penaltilər seriyası - 10:11) şərh edərkən deyib.

"Oynamağımıza icazə vermədilər, zonaları bağladılar, yaxşı müdafiə olundular. Kifayət qədər ciddi epizodlar yaratmadıq. İndi fərqli bir şəkildə nə edəcəyimi göstərməyin zamanı deyil. Ancaq kuboksuz qalanda bu, hər şeyi düzgün etmədiyiniz deməkdir" - deyə o bildirib.

0 comments
bottom of page