top of page

Hansi Flik vəzifəsində qaldı

Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Hans Diter Fliklə yolları ayırmayacaq.

Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Bernd Neuendorf məlumat verib. O, mütəxəssislə əməkdaşlığa davam edəcəklərini vurğulayıb: "Avro-2024"ün bizim üçün böyük fürsət olacağı ilə razılaşdıq. Məqsədimiz həmin turnirdə uğura nail olmaqdır. Hans Flik və onun məşqçi heyətinin bu işdə uğur qazanacağına inanırıq".



Qeyd edək ki, Almaniya Flikin rəhbərliyi altında DÇ-2022-də qrupdan çıxa bilməyib.

0 comments
bottom of page