top of page

Harri Keyn "Bavariya"ya keçidindən danışdı

"Bavariya"nın yeni transferi Harri Keyn Münhen təmsilçisinə keçidindən danışıb.


90plus.az xəbər verir ki, o, kluba Çempionlar Liqasını qazanmaq üçün gəldiyini deyib:


“Mən bütün həyatımı İngiltərədə, Premyer Liqada keçirmişəm. Yeni liqaya və yeni rəqiblərə uyğunlaşmaq lazımdır. Bundesliqada böyük komandalar var. Hamı “Bavariya”nın çempion olmasını gözləyir, amma “Leyptsiq”lə oyunda da gördüyümüz kimi, rəqiblər güclənir.


Təbii ki, transfer qərarı çətin idi. “Tottenhem” də 19 il keçirmişəm, bu klub ürəyimin bir parçasıdır. Hiss etdim ki, vaxt yetişib. Mən kuboklar almaq istəyirəm. "Bavariya" mənimlə əlaqə saxlayanda dərhal hərəkət etmək istədiyimi hiss etdim. Qarşıda uzun bir yol var. Amma Çempionlar Liqasının finalının “Uembli”də baş tutması əladır. Təbii ki, Çempionlar Liqasını qazanmaq üçün buradayam".


Qeyd edək ki, 30 yaşlı hücumçu dünən "Bavariya" ilə 4 illik müqavilə imzalayıb. O, ötən gecə Almaniya Superkubokunda "Leyptsiq"lə görüşdə meydana çıxmaqla "Bavariya"da debüt edib. "Leyptsiq" sözügedən oyunda 3:0 hesabı ilə qalib gəlib və Superkuboku qazanıb.



0 comments

Comentários


bottom of page