top of page

Harri Keyndən rekord, son dəqiqə qolu və qələbə!


Almaniya Bundesliqasının 23-cü turunda "Bayern Münhen" öz meydanında "Leypsiq"i qəbul edib.


90plus.az xəbər verir ki, münhenlilər Harri Keynin dublu ilə qələbə qazanır:


Bayern Münhen 2 - 1 Leypsiq

H. Kane 56', 90+1’

B. Šeško 70'


Qollar:


”Leypsiq”ə qarşı matçda 90+1’də vurduğu qolla “Bayern Münhen”ə qələbə qazandıran Harri Keyn Bundesliqada ilk 23 matçında 27 qol vuran ilk oyunçu olur.

Tacsız kralın “Bayern Münhen” statistikası:


30 matç

31 qol

8 məhsuldar ötürmə


Almaniya Bundesliqasının turnir cədvəlinə 61 xalla "Qarabağ"ın Avropa Liqasının 1/8 finalındakı rəqibi "Bayer Leverkuzen" başçılıq edir. "Bayern Münhen" 53 xalla 2-ci, "Ştutqart" 47 xalla 3-cüdür.

0 comments

Comments


bottom of page