top of page

"Hatayspor"un bugünkü oyun afişası Renat Dadaşovun fotosu ilədir!


Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov bu gün Türkiyə Superliqasında debüt edə bilər.


90plus.az xəbər verir ki, 24 yaşlı mərkəz hücumçunun yeni komandası "Hatayspor" 5-ci turda "Fatih Karagümrük" komandasının qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


"Hatayspor"un sosial mediada bu matç üçün paylaşdığı posterdə R.Dadaşovun şəkli yer alıb.


Qeyd edək ki, Volkan Demirelin komandası 4 oyundan 6 xalla 10-cu yeri tutur. "Fatih Karagümrük" isə 4 matçdan 4 xalla 13-cü pillədə qərarlaşıb.


0 comments
bottom of page