top of page

“Heç kim bizdən “özünüzü necə hiss edirsiniz?” deyə soruşmur” - Klopp


"Liverpul"un çalışdırıcısı Yurgen Klopp İngiltərə Kubokunun 3-cü mərhələsində "Arsenal"la matç barədə fikir bildirib.


90plus.az xəbər verir ki, mütəxəssis sıx oyun qrafikindən şikayətlənib: 


"Bütün futbolçularımız bu matça hazırdır, buna heç bir şübhə yoxdur. Biz "Liverpul"u təmsil edirik və bu matça məsuliyyətsiz yanaşa bilmərik.

"Arsenal"la görüşdən 3 gün sonra başqa bir oyunumuz var. Biz 13 gündə 5 oyun keçirmişik. Heç kim bizdən “özünüzü necə hiss edirsiniz?” deyə soruşmur. Sadəcə, bu mərhələni sona qədər keçib qələbə qazanmalıyıq.

"Arsenal"a qarşı matçda hər şey edəcəyik, əlimizdən gələni əsirgəməyəcəyik. Görək, nə baş verəcək". 


Qeyd: "Arsenal" - "Liverpul" oyunu bu gün saat 19:30-da başlayacaq.

0 comments

Comments


bottom of page