top of page

Hidayət Heydərov Avropa çempionatının finalında!


Xorvatiyada (Zaqreb) cüdo üzrə Avropa çempionatında 3 cüdoçumuz tatamiyə çıxıb.


90plus.az xəbər verir ki, üçqat Avropa çempionu Hidayət Heydərov (73 kq) 2-ci mərhələdə albaniyalı İndrit Kalhacı, sonra isə portuqaliyalı Kvantidzeni məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə də Heydərov rus idmançı Ruslan Xavalaçovu üstələyib. Hidayət yarımfinalda Moldovadan olan Adil Osmanovla üz-üzə gəlib və qalibiyyətlə finala adlayıb. Finalda onun rəqibi rus Danil Levrentev olacaq.

Digər cüdoçularımız Rəşid Məmmədəliyev və Zelim Tçkayev isə mübarizəni erkən dayandırıb.


Qeyd: Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş qazanıb.

0 comments
bottom of page