top of page

Hidayət Heydərov tək 4 qat Avropa çempionumuzdur


Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) 4-cü dəfə Avropa çempionu olub.


90plus.az xəbər verir ki, Cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov Danil Labrentev üzərində qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub.


2017

2022

2023

2024.

Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.


Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.


Qeyd: İlk gündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

0 comments
bottom of page