top of page

Hollandiyalı futbol ulduzuna 1350 kq kokain qaçaqmalçılığı ilə 6 il hökm oxundu!


Hollandiyalı futbol ulduzu Quinsi Promes 1350 kiloqramdan çox kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edildi!


90plus.az "GOAL"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu 1300 kq-dan çox kokainin idxalında iştirak etməkdə günahını etiraf edib. Malların dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.


Hazırda o Rusiyanın “Spartak” klubunda oynayır və buna görə də Hollandiyada keçirilən məhkəmə iclasında iştirak etməyib. Promes davamlı olaraq günahsız olduğunu deyirdi. Amma güc orqanları  "kripto mesajlardan" ibarət əsaslı sübut ələ keçirib.


Maraqlıdır ki, Rusiyanın Hollandiya ilə ekstradisiya müqaviləsi yoxdur, yəni Promes sadəcə vətəninə qayıtmaqdan imtina edərsə, karyerasını "Spartak"da davam etdirə bilər. Bu, cinah oyunçusunun ilk cinayəti deyil. O, keçən il bir məclisdə əmisi oğlunu bıçaqladıqdan sonra ona hücum etdiyinə görə 18 aylıq həbs cəzası almışdı.

0 comments
bottom of page