top of page

Hulk "Beşiktaş"da?

Braziliyalı hücumçu Hulk "Beşiktaş" klubuna keçə bilər.


90plus.az xəbər verir ki, "Beşiktaş" vitse-prezidenti Emre Kocadağ 4-1 hesabı ilə qazandığları "Fateh Qaragümrük" matçının ardından Hulk transferiylə bağlı açıqlama edib: "Hulk yaxşı bir oyunçudur, sözsüz. Bizim büdcəmizə uyğun bir nöqtə tapa bilsək dəyərləndirə bilərik, lakin yenə də bildirim ki, büdcəmizə uyğun olması önəmlidir. Başqa məşqçi ilə bu məsələni müzakirə edirik. Hulkla meneceri vasitəsilə əlaqə saxladıq. Yenilik olsa bildirəcəyik."


Həmçinin "Beşiktaş" klubunun baş məşqçisi Sergen Yalçın da "Fateh Qaragümrük"ü məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında transferlə bağlı danışıb: “Hücum xəttini bir oyunçu ilə gücləndirmək istəyirik. Hulk da istədiyimiz oyunçulardan biridir. Mümkün olarsa və şərtlər bizə uyğun olarsa o mövqeyə transfer etmək istəyirik”.

Qeyd edək ki, 34 yaşlı Hulk`un son klubu Shanghai Port olub. O, hal-hazırda azad agentdir.


0 comments
bottom of page