top of page

“Hədəf final yox, çempionluqdur” – “Neftçi”nin futbolçusu

“Mən “Neftçi”nin yetirməsiyəm və bilirəm ki, bu klubun kubokdakı hədəfi final yox, çempionluqdur”.

90plus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibəsində “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu barədə danışarkən deyib. Zülfüqarlı titula sahib olmaq üçün sonadək mübarizə aparacaqlarını bildirib.


Yarımmmüdafiəçi özü haqqında da danışıb:

“Keçən mövsüm yalnız iki matçda meydana çıxmışdım. Bu da Samir Abasovun gəlişindən sonra olmuşdu. Yay hazırlığından sonra baş məşqçimiz mənə daha çox şans verdi. İndi də bacardığım qədər çox şans qazanmağa çalışıram. Mübarizəni sevdiyim üçün daha çox oynamağa çalışmaq həm də, mənim üçün əlavə motivasiyadır”.


İsmayıl “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda bunları deyib:


“Həm qələbə qazandığımıza görə, həm də bunda mənim az da olsa, payımın olmasına sevinirəm. Düşünürəm ki, komandama daha çox kömək edə bilərəm. Bunun üçün çalışır və oyundan-oyuna daha yaxşı olacağıma inanıram. “Neftçi” deyəndə, həmişə azarkeşlərin dəstəyi də yada düşür. Bu isə bizi oyundan-oyuna qələbə qazanmağa həvəsləndirir. “Əynimdə formam, boynumda şərfim, bitməyəcək sənin ağ-qara sevgin!” sözləri heç vaxt tribunalardan əskik olmasın”.


“Neftçi” və “Zirə” komandaları arasındakı cavab matçı aprelin 29-da keçiriləcək. Zirədəki ilk qarşılaşmada hesab açılmayıb.

0 comments
bottom of page