top of page

"Hər kəs hökümətin yanında olmağa məcbur deyil" - Ali Koç


Ali Koç bu gün mediyaya bu sözləri püskürdü:


"Hər kəs dövlətinin yanındadır, amma hər kəs hökumətin yanında olmağa məcbur deyil! Azarkeşlərin şüarlarına qarışa bilmərəm. Hökumət lehinə şüarlar olsa idi, bu da siyasi şüar sayılmayacaqdı? O zaman da İdman Şöbəsi məsələyə qarışacaqdımı? Bir nazir çıxıb "inşallah filan klub çempion olar" dediyi zaman siyasət olmur? Bir komandanın çempionluq tədbirində 4 nazir özçəkim (selfie) edirsə, bu hal siyasət olmur?! Açıqlama məcburiyyəti gəldiyi zaman siyasət olmur?! Bir şüar səsləndirildi deyə Fenerbahçe əleyhinə olmağa başladınız. Etdiyiniz doğru deyil! İnsanlarda nifrət yaratmayın. Tamam, siyasət olmasın, amma şüarlarda söyüşlər, təhqirlər yoxdursa, azarkeşlərin azad sözlərinə mən müdaxilə edə bilmərəm. Çox daha vacib məsələlər var, bunu etməyiniz yanlışdır.



Bəzilərinin qol-qola girdiyi FETÖ ilə biz mübarizə apararkən yaxşı idik, indi bəzi azarkeşlər hökuməti istəmədi deyə pis olduq?! Trollar, kimliyi bəlli köşə yazarları bizi Vətən xaini kimi günahlandırır. Əgər məsələ dövlətdirsə, Fenerbahçe bu dövlər üçün nələr edib ortadadır. Əvvəlcə "dövlət" və "hökumət" anlayışlarını ayırd edək! Hökuməti dəstəkləyən olduğu kimi, dəstəkləməyən də ola bilər."

0 comments
bottom of page