top of page

"Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik"


"Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır". 90plus.az xəbər verir ki, bu sözləri"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-ə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib. "Futbolçular daha peşəkar davranmalıdırlar. Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik. Ümid edirəm ki, onlar oyuna hazırdır". Yeni transferlərdən də danışan Qurbanov Riçard Almeydanın daha hazır olduğunu söyləyib: "O, Qasparla müqayisədə daha yaxşı vəziyyətdədir. İkincinin hazır olmaq üçün daha bir həftə vaxtı var. Məşqçilər və həkimlərlə məsləhətləşirik. Hər şey yaxşı olsa, bir neçə dəqiqə oynayacaq". Qeyd edək ki, AEL - "Qarabağ" görüşü avqustun 5-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0 comments
bottom of page