top of page

“Hər şey düşündüyümüz kimi alındı” - Qurban Qurbanov

"Bizim üçün vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik. Hər şey düşündüyümüz kimi alındı. İlk 2 qoldan sonra oynamaq daha rahat oldu".


90plus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.


51 yaşlı mütəxəssis futbolçularının meydanda çox məsuliyyətli davrandıqlarını bildirib: "Həm də istəkli idilər. Onları təbrik edirəm. Rəqibə isə uğurlar arzulayıram. Həm "Sumqayıt" azarkeşlərinə, həm də öz fanatlarımıza təşəkkürümü bildirirəm".

0 comments
bottom of page