top of page

İbrahimoviç “Milan”a qayıtdı!

Zlatan İbrahimoviç “Milan”ın sahibi olan şirkətin məsləhətçisi seçilib.


90plus.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Zlatan İbrahimoviç idman və kommersiya əməliyyatlarında aktiv rol oynayaraq sahiblər və rəhbərliklə sıx koordinasiyada işləyəcək.


Qeyd edək ki, o, “Milan”ı bir oyunçu kimi çempion edib. İndi isə menecer kimi çalışacaq:



“Rossonerilərə olan sevgim heç vaxt ölməyəcək. Onların gələcəyinin əhəmiyyətli bir hissəsi olmaq fürsəti yalnız xəyal edə biləcəyim bir şey idi” - deyə Zlatan fikrini bölüşüb.

0 comments

Recent Posts

See All

Comments


bottom of page