top of page

İbrahimoviç: "Bu səhər yuxudan duranda yağış yağırdı. Öz-özümə dedim ki..."

Futbolçu karyerasını başa vuran Zlatan İbrahimoviç qərarı haqda danışıb.


90plus.az xəbər verir ki, 41 yaşlı forvard öz Tvitter səhifəsində canlı yayımda fikilərini bölüşüb. O, ötən gün səhər Milana yağan yağışın Tanrının göz yaşları olduğunu deyib. Zlatan Tanrının da onun qərarına məyus olduğunu bildirib:


“Sabahdan mən azad adam olacağam. Sabah mənim həyatımda yeni bir səhifə açılır. Mən fəxr edirəm ki, belə uzun karyeram olub. Bu səhər yuxudan duranda yağış yağırdı. Öz-özümə dedim ki, hətta Tanrı da kədərlidir”.


Qeyd edək ki, 41 yaşlı İbrahimoviç zədələr səbəbindən son mövsümündə cəmi 4 oyun keçirib. İsveç millisinin sabiq üzvü karyerası ərzində “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.



0 comments
bottom of page