top of page

İbrahimoviç karantin qaydasını pozdu

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç COVID-19 pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətləri pozub. 90plus.az "Football İtalia"ya istinadən xəbər verir ki, isveçli hücumçu dostunun Milandakı restoranında klubun sabiq müdafiəçisi İqnazio Abatenin yanında nahar edib. Milan restoranların bağlanmalı olduğu qırmızı zonadadır.

Bu məlumatı restoran sahibi yalnız qismən təsdiqləyib: “İbra, İqnazio və başqa bir əziz dostum məni ziyarətə gəldi. Bir-iki saat orada qaldıq, sonra evlərinə getdilər".

Qeyd edək ki, İbrahimoviç ötən həftə sonu A seriyasının 30-cu turunda keçirilən "Parma" ilə matçda (3:1) hakimlə dialoqdan sonra meydandan qovulub.

0 comments
bottom of page