top of page

İbrahimoviç ÇL-də oynamayacaq

İtaliyanın "Milan" klubu zədə üzündən uzun müddətdir ki, meydana çıxmayan 41 yaşlı Zlatan İbrahimoviçin adını Çempionlar Liqası üçün UEFA-ya göndərdiyi sifariş ərizəsinə də salmayıb.


90plus.az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.


Bu isə o deməkdir ki, Zlatan fevralın 14-də "Tottenhem"lə keçiriləcək 1/8 final matçını kənardan izləyəcək.


Qeyd edək ki, İbrahimoviç dizindən əməliyyat olunduğu üçün cari mövsümdə 1 matça da çıxmayıb. 

0 comments
bottom of page