top of page

İddiaçılar turniri: Nicat 0 qələbə ilə bitirdi


8 zəka sahibinin iştirak etdiyi dünyamiqyaslı İddiaçılar turnirində sonuncu - 14-cü turun görüşləri olub.


90plus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov Kanadanın Toronto şəhərində sonuncu görüşündə Rameşbabu Praqnanandhaya (Hindistan) məğlub olub.


28 yaşlı qrossmeyster 14 turdan heç bir görüşdə qələbə qazanmayaraq 3,5 xalla sonuncu - 8-ci yerdə qərarlaşıb.


Turnirinin qalibi isə 9 xalla hindistanlı Qukeş olub. Hərəyə 8,5 xal toplayan qrossmeysterlərdən Nakamura ikinci, Nepomnyaşi üçüncü, Karuana isə dördüncü yeri tutub.

Nepomnyaşi turnirdə bir dəfə də uduzmayan (3 qələbə, 11 heç-heçə) yeganə şahmatçıdır.


Qeyd: Qukeş çempion kimi hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə etdi.

0 comments

Comments


bottom of page