top of page

İkardiyə qeyri-etik hərətinə görə 1 oyun cəza + “Fənərbağça” od püskürdü!


Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın hücumçusu Mauro İkardini cəzalandırıb.


90plus.az "NTV Spor"a istinadən xəbər verir ki, qurum argentinalı forvardı Super Liqanın 26-cı turunun "Ankaragücü" ilə oyununda (3:0) rəqib azarkeşlərə qeyri-etik, sayğısız əl hərəkəti etdiyi üçün bir oyunluq diskvalifikasiya edib.


İkardi bu səbəbdən bu gün "Antalyaspor"la keçiriləcək (27-ci tur) oyunu buraxacaq.


"Fənərbağça"dan 1 matçlıq bu cəzaya böyük etiraz gəldi:

Rəqib tribunalara qarşı HƏYASIZ hərəkətə görə verilən bir (1) matçlıq cəzanın hekayəsi fotodakı heyranlıqda gizlidir...

Qərəzsiz olması lazım olanların ortaya qoyduğu bu mövqenin başqa açıqlaması yoxdur.

Çempionluq yarışına təsir edə biləcək bu qanunsuzluq

Bir komandanın xeyrinə belə aydın və aşkar favoritizm indiyədək heç vaxt müşahidə olunmayıb.

Bu gün söhbətin sonundayıq!

Bu hörmətsizlik təkcə “Ankaragücü” tribunalarına deyil, həm də Türkiyə idmanına, bütün idmansevərlərə edilib.

Mehmet Büyükekşi və TFF çətiri altında türk futbolunu idarə edənlər;

İctimaiyyət bir daha gördü ki, sizin meydanda və meydandan kənar bütün qərarlarınız hansısa komandaya üstünlük vermək və o komandanı çempion etmək refleksi ilə verilir.


Səlahəddin Baki

Fenerbahçe SK İdarə Heyətinin üzvü

0 comments
bottom of page