top of page

İki azarkeşi qətlə yetirən şəxs güllə yarasından öldü!


İsveç millisinin iki azarkeşini qətlə yetirən şəxs aldığı güllə yarasından həyatını itirib.


90plus.az RTBF-ə istinadən xəbər verir ki, cinayəti törədən şəxs Tunis əsilli Lassoued Abdeslam olub. O, mühacirət üçün Belçikaya gedibmiş və bir neçə növ silaha sahib olub.


Onun saxlanılması üçün polisin keçirdiyi əməliyyat zamanı sinəsindən ağır yara aldığı bildirilib. Son məlumata əsasən, hadisəni törədən şəxs ambulansla xəstəxanaya aparılarkən yolda keçinib. 


Xatırladaq ki, dünən  Brüsseldə (Belçika) Avropa çempionatının seçmə mərhələsinin Belçika - İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. İsveç millisi 2-ci hissədə meydana çıxmaqdan imtina edib!

0 comments

Recent Posts

See All

Commentaires


bottom of page