top of page

“İki oyundur istədiyimiz nəticəni əldə edə bilmirik” - Elmar Baxşıyev

“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Araz-Naxçıvan” Premyer Liqaya yeni gəlsə də, ilk tur bu komandaya qarşı tam məsuliyyətlə və hörmətlə yanaşmağın lazım olduğunu göstərdi. Əfsuslar olsun ki, iki oyundur istədiyimiz nəticəni əldə edə bilmirik. Çətin olacağını görürdük, amma bu qədərini təxmin etmirdik". 


90plus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 2-ci turunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.


"Yeni qurulsaq da, toplanışda fərqli komanda idik. Sonrakı görüşlərdə dinamika azalıb və istədiyim tempi görmürəm. İnanıram ki, komanda toparlanacaq və daha yaxşı olmağa cəhd edəcəyik. “Sabah”la görüşü yorğunluqla əlaqələndirmək olardı. Amma bu dəfə heç bir yorğunluq olmamalı idi. Konfrans Liqasında hər hissədə 5-6 qol epizodu yaradırdıqsa, son iki matçda bu rəqəm sıfırdır. Heyətimizdə potensiallı futbolçular var. Komanda şəklində çox oynayırıq” - deyə o bildirib.

0 comments

留言


bottom of page