top of page

“İki qolumuz sayılmadı” - “Sabah”ın məşqçisi


"Sabah"ın məşqçisi Artur Olenin mətbuat konfransında "Səbail"ə qalib gəldikləri (4-0) oyun haqqında danışıb.


90plus.az xəbər verir ki, məşqçi komandasının yaxşı oynadığını bildirib: "Çox yaxşı oynadıq.  Oyuna nəzarət etdik, çoxlu gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Baxmaq lazımdır ki, niyə. Uşaqları təbrik etdik. Belə davam etməliyik".


O, "Sabah"ın hər dəfə qələbə qazandıqdan sonra növbəti turda xal itirməsinə də toxunub: "Həqiqətən, belədir. Çalışırıq ki, bu vəziyyət düzəldək. Bəzən alınmır, rəqiblər də qazanmaq istəyir. Vəziyyəti düzəldəcəyimizə inanırıq".

0 comments

תגובות


bottom of page