top of page

İlham Əliyev növbəti çempionlarımızı da təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançıları təbrik edib. 90plus.az xəbər verir ki, dövlət başçısı bununla bağlı öz “Tvitter” hesabında paylaşım edib: “Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!” İlham Əliyev Tokio-2020-də Azərbaycana 3 qızıl medal qazandıran Roman Saleyi də təbrik edib: “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi bir daha səmimi qəlbdən təbrik edirəm!"

0 comments
bottom of page