top of page

İlkay Arauxonun qırmızı vərəqəsini qəbullanmır


“Barselona”nın türkiyəli yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyununda (4-6) komandasını azlıqda qoyan Ronald Arauxo barədə danışıb.


90plus.az xəbər verir ki, həmin görüşün 29-cu dəqiqəsində qırmızı vərəqə alan Arauxo barədə bunları deyib:

 "O cür anlarda etdiyin müdaxilələrdə əmin olmalısan və topa oynamalısan. Əgər topa oynaya bilmirsənsə, toxunmayıb qapıçına güvənməlisən. Qol buraxmağı seçərdim, nəinki qol buraxmayıb, qırmızı alıb, 10 nəfərlə qalmağı".


Ronald Arauxonun cavabı isə belə olub:

“Gündoğanın fikirləri? Düşüncələrimi özümdə saxlamağa üstünlük verirəm. Hörmət etməli olduğunuzu düşündüyüm öz qaydalarım, dəyərlərim var".


Mənbə: Fabrizio Romano


Qeyd: İlkay Gündoğan bu mövsüm UEFA Çempionlar Liqasında ən çox qol şansı yaradan oyunçudur - 24 ədəd.




0 comments
bottom of page