top of page

“İməkləmədən yerimək olmaz!” - “Eyüpspor” rəhbərliyi


Bir neçə türk media orqanı Arda Turanın baş məşqçi olduğu “Eyüpspor”un xorvatiyalı ulduz Luka Modriçi transfet etmək istədiyi barədə yazıb.


90plus.az xəbər verir ki, gələn mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək “Eyüpspor”un çalışdırıcısı Arda Turan guya Modriçə zəng edərək bu məsələni danışıb. Bu xəbəri “fanatik” saytı yaymışdı.

Amma  "Eyüpspor"un vitse-prezidenti Fatih Kulaksız "Real Madrid"in ulduz futbolçusu Luka Modriçi transfer edəcəkləri ilə bağlı iddiaları yalanlayıb.

O, Şəxsi X media hesabında açıqlama verib:


Bəzi mətbuat orqanlarında “Eyüpspor”muzun Luka Modriçlə maraqlandığı xəbəri həqiqəti əks etdirmir. İnsan bunu inkar edəndə belə utanır. Realist olmaq lazımdır, ilk növbədə super liqada daimi olaq ki, bütün Türkiyə futbol ictimaiyyəti duruşumuzu görsün. Sonra hədəfləri tədricən artırırıq. “İməkləmədən yerimək olmaz!”


Qeyd: “Eyüpspor” klubu Türkiyə Birinci Liqasında çempionatın başa çatmasına beş tur qalmış çempionluğunu elan edib və növbəti mövsüm üçün Türkiyə Super Liqasında çıxış etmək haqqına yiyələnib.


Mənbə: beinsports Türkiyə

0 comments

Comments


bottom of page