top of page

“İmarət”dən təsirli xareoqrafiya: “Ruhumuz şaddır” VİDEO


Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Braqa"nı qəbul edir.


90plus.az xəbər verir ki, “Qarabağ” azarkeş qrupu “İmarət” təsirli xareoqrafiya açıb.


Allahverdi Bağırov və Qurban Qurbanov “əl sıxışır”: Xareoqrafiyada Ruhumuz şaddır…yazılıb.


Xareoqrafiyadan götüntülər:


Bu gün milli qəhrəmanımız Allahverdi Bağırovun da, şəhidimiz, “İmarət”in üzvü olmuş Məhəmmədəli İbrahimlinin də ruhu Tofiq Bəhramov stadionundadır…


Haydi “Qarabağ”!


Qeyd: Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan "Qarabağ"ın 1/8 finala çıxmaq və yeni tarix yazmaq üçün şansı böyükdür. "Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidirsə, Ağdam təmsilçisinə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.

0 comments

Comments


bottom of page